Türkiyədə "İmamoğlu mənfəət məqsədli cinayətkar təşkilat" istintaqı çərçivəsində saxlanılan keçmiş milli voleybolçu Derya Çayırqanın prokurorluqda verdiyi ifadə ortaya çıxıb.
Bu barədə Moderator.az "Haber Global"a istinadən xəbər verir.
Məlumata görə, Derya Çayırqan Ekrem İmamoğlu ilə ilk dəfə pandemiya dövründə Taksimdə qarşılaşdığını, daha sonra İPA müəssisələrində görüşdüklərini, idman karyerası və İstanbul Böyükşəhər Bələdiyyəsində (İBB) işləmək imkanlarını müzakirə etdiklərini bildirib.
O, şəhər transformasiyası səbəbindən ailəsi ilə birlikdə bir müddət İBB müəssisələrində qaldığını və MASAK hesabatlarında qeyd olunan pul əməliyyatlarının öz əmanətləri olduğunu, 50 000 avronun ev almaq məqsədilə hesabına yatırıldığını qeyd edib. O, "Kameroğlu İnşaat" şirkətinə edilən ödənişlərin də ev almaq çərçivəsində olduğunu iddia edib.
Çayırqan ev dustaqlığı və ölkə xaricinə çıxmaq qadağası tələbi ilə məhkəməyə göndərilib.