BQXK-nın Ukraynadakı nümayəndə heyətinin başçısı XİN-ə çağırıla bilər
Dünya
117
18:05, Bu gün

BQXK-nın Ukraynadakı nümayəndə heyətinin başçısı XİN-ə çağırıla bilər

Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Ukraynadakı nümayəndə heyətinin başçısının ölkənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılması planlaşdırılır.

Moderator.az xəbər verir ki, bu barədə "Interfax-Ukrayna" Ukraynanın xarici işlər naziri Andrey Sibiqanın bəyanatına istinadən məlumat yayıb.

Buna səbəb təşkilatın verdiyi son bəyanatdır.

"Ukraynanın və Rusiyanın kritik əhəmiyyətli infrastrukturuna son zərbələr Kiyev, Dnepr, Donetsk, Belqorod və digər bölgələrdə aşağı temperatur fonunda milyonlarla insanı demək olar ki, işıqsız, qazsız və susuz qoyub", - BQXK-nın bəyanatında deyilir.

Ukrayna XİN başçısı bu bəyanatı "biabırçı" adlandırıb.

Onun sözlərinə görə, bu cür bəyanatlar təşkilata olan etimadı daha da sarsıdır və Ukraynadakı BQXK nümayəndə heyətinin başçısı izahat vermək üçün Xarici İşlər Nazirliyinə çağırılacaq.

"Mən həmçinin bu bəyanatı yazan və təsdiqləyən insanları öz isti ofislərini tərk etməyə, Ukraynaya gəlməyə və soyuq bir evdə bir gün keçirməyə dəvət edirəm. Bəlkə onlar reallıq hissini bərpa edərlər", - nazir qeyd edib.

Link kopyalandı!
Son xəbərlər