19:14
2°C
Bakı
ABŞ Müdafiə Nazirliyi adının "Hərb Nazirliyi"nə dəyişdirilməsi görüləcək işlərin miqyasından və tətbiq sürətindən asılı olaraq 125 milyon dollara başa gələ bilər.
Moderator.az xəbər verir ki, yerli KİV Konqresin Büdcə Ofisinin hesabatına istinadən məlumat yayıb.
Ofisin sənədlərinə görə, ABŞ Prezidenti Donald Tramp 2025-ci il sentyabrın 5-də qurumun adını dəyişdirən bir sərəncam imzalayıb. Yalnız nazirlik aparatına təsir edən ortasəviyyəli tətbiq, vəsaitlərin yenidən bölüşdürülməsi yolu ilə 10 milyon dollara başa gələcək - bu, ən səmərəli seçimdir.
Bütün agentlikdə geniş və sürətləndirilmiş tətbiqin dəyəri 125 milyon dollara çata bilər. Adın dəyişdirilməsi Konqresin qərarı ilə həyata keçirilərsə, xərclər yüz milyonlarla dollara çata bilər.