Ermənistanda yüksəkvəzifəli şəxslər saxlanıldılar
Dünya
271
17:55, Bu gün

Ermənistanda yüksəkvəzifəli şəxslər saxlanıldılar

Ermənistanda Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin kəşfiyyat məlumatları əsasında başlanan cinayət işi ilə bağlı beş nəfər saxlanılıb.

Moderator.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə sözügedən komitədən məlumat verilib.

Xəbərdə bildirilir ki, saxlanılanlar arasında Dövlət Gəlirləri Komitəsinin yüksəkvəzifəli şəxsləri də var.

Məlumata görə, onlar vəzifə səlahiyyətlərindən kollektiv şəkildə sui-istifadə etməkdə ittiham olunurlar.

İstintaqın maraqları nəzərə alınmaqla, hazırda əlavə məlumat verilmir.

Link kopyalandı!
Son xəbərlər