ABŞ Venesuela neftini Niderland sahillərində saxlayacaq
Dünya
266
17:47, Bu gün

ABŞ Venesuela neftini Niderland sahillərində saxlayacaq

Venesuela neftini daşıyan tanker Niderlandın Karib dənizindəki Kürasao adasında lövbər salıb. ABŞ hökumətinin göstərişi ilə xam neft müvəqqəti olaraq saxlanılması üçün burada anbarlara yerləşdiriləcək.

Moderator.az xəbər verir ki, bu barədə NOS televiziya kanalı məlumat yayıb.

Kanalın xəbərinə görə, dünyanın ən böyük iki əmtəə treyderi - "Trafigura Group" və "Vitol Group" - Venesuela neftini sonradan yenidən satmaq üçün Karib ölkələrinə nəql edir. Söhbət xam neftin Kürasao və Baham adalarında müvəqqəti saxlanmasından gedir.

Hazırda Venesuela sahillərində dörd tanker yerləşdirilib. Bu həftə "Trafigura" və "Vitol" şirkətlərinin Karib dənizindəki saxlama müəssisələrinə sonradan çatdırılmaq üçün ümumilikdə təxminən 4.8 milyon barel Venesuela nefti alması gözlənilir.

Qeyd olunur ki, Venesuela neftinin gəlişi adanın beynəlxalq enerji logistikasında rolunu bərpa etməyə diqqət yetirən Kyurasao hakimiyyətinin maraqlarına uyğundur.

Xatırladaq ki, bu il yanvarın 3-də ABŞ Venesuelada genişmiqyaslı əməliyyat keçirib, nəticədə sabiq prezident Nikolas Maduro və onun həyat yoldaşı Silia Flores həbs edilərək Nyu-Yorka aparılıblar.

ABŞ Prezidenti Donald Tramp Maduro və Floresin "narkoterrorizm" və ABŞ-ni təhdid etmək ittihamı ilə mühakimə olunacaqlarını açıqlayıb. Venesuelanın vitse-prezidenti Delsi Rodriges müvəqqəti dövlət başçısı elan edilib.

Link kopyalandı!
Son xəbərlər