Britaniyada təhlükəli tapıntı: Şəhər əhalisi təxliyə edilir
Dünya
347
17:37, Bu gün

Britaniyada təhlükəli tapıntı: Şəhər əhalisi təxliyə edilir

Böyük Britaniyanın Devon qraflığında İkinci Dünya müharibəsi vaxtından qalma iki partlamamış aviabomba aşkar edilib. Dərhal ərazidən əhalinin genişmiqyaslı təxliyəsinə başlanılıb.

Moderator.az-ın xəbərinə görə, bu barədə "Daily Mail" nəşri məlumat verib.

Xəbərə görə, təhlükəli tapıntı tikinti sahəsində aşkarlanıb. Hakimiyyət orqanları təhlükəsizlik məqsədilə Plimut şəhərində təhlükəli ərazidəki 1300-dən çox evdən təxminən 5000 nəfəri kənarlaşdırıb. Bomba aşkarlanan sahənin 400 metrlik ətrafı çəpərlənib.

İnsanlara partlayıcı sursatların zərərsizləşdirilməsi üzrə istehkamçıların işləri başa çatana qədər öz evlərinə qayıtmamaq tövsiyə edilib.

Link kopyalandı!
Son xəbərlər