20:12
0°C
Bakı
ABŞ-ın Qətərdə yerləşən Əl-Üdeyd hərbi aviabazasında xəbərdarlıq səviyyəsi aşağı endirilib.
Moderator.az xəbər verir ki, bu barədə anonim mənbələr “Reuters“ agentliyinə məlumat verib.
Məlumata görə, təhlükəsizlik səbəbilə əvvəllər aviabazadan çıxarılan ABŞ hərbi təyyarələri mərhələli şəkildə yenidən bazaya qaytarılır. Eyni zamanda, bazanı tərk etməsi tövsiyə olunan mülki və hərbi şəxsi heyətin də öz xidmət yerlərinə qayıtmasına icazə verilib.
Qeyd edək ki, bundan əvvəl ABŞ-ın Əl-Üdeyddəki hərbi qüvvələrinin bəzilərinə aviabazanı tərk etmək tövsiyə olunub.