Kiprdə itkin düşmüş rusiyalı keçmiş şirkət direktorunun meyiti tapılıb
Dünya
144
17:17, Bu gün

Kiprdə itkin düşmüş rusiyalı keçmiş şirkət direktorunun meyiti tapılıb

"Uralkalium" şirkətinin keçmiş baş direktoru Vladislav Baumgertner Kiprdə ölü tapılıb.

Moderator.az “Baza” Teleqram kanalına istinadən xəbər verir ki, DNT testi nəticəsində Kiprdə cəsədi tapılan şəxsin Vladislav Baumgertner olduğu təsdiqlənib.

Meyit 14 yanvarda Pissouri və Avdimou kəndləri arasındakı sahil zonasında, əlçatmaz sahil zolağı olan ərazidə tapılıb.

Bu gün keçirilən autopsiya cəsədi tapılan şəxsin 56 yaşlı Baumgertner olduğunu təsdiqləyib.

Onun bir həftə əvvəl itkin düşdüyü, 7 yanvarda Pissouridəki evindən yoxa çıxdığı bildirilib.

Vladislav Baumgertnerin ölüm səbəbi hələlik müəyyən edilməyib və bununla bağlı bədbəxt hadisədən tutmuş cinayət əməlinə qədər müxtəlif fərziyyələr nəzərdən keçirilir.

Yerli polisin məlumatına görə, 56 yaşlı iş adamını Limasoldakı evindən qara şort və qısaqol köynəkdə çıxarkən görüblər. Onun son telefon siqnalı 7 yanvarda Pissouri kəndi yaxınlığında qeydə alınıb.

Qeyd edək ki, Vladislav Baumgertner 2005-ci ildən 2011-ci ilə qədər “Uralkalium”a rəhbərlik edib. O, 2013-cü ildə Belarusda vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı ilə həbs edildikdən sonra məşhur olub. Rusiya hakimiyyət orqanlarına təhvil verildikdən sonra Baumgertner cinayət sübutlarının olmaması səbəbindən azadlığa buraxılıb.

Link kopyalandı!
Son xəbərlər