18:42
2°C
Bakı
ABŞ prezidenti Donald Tramp İrana hücum etmək niyyətinin olmadığını rəsmi Tehrana bildirib.
Moderator.az “Dawn” nəşrinə istinadən xəbər verir ki, bu barədə İranın Pakistandakı səfiri Reza Amiri Moqəddəm danışıb.
O vurğulayıb ki, dünən Tramp ABŞ-ın İrana hücum etməyəcəyini bəyan edib və İrandan ABŞ-nin regiondakı maraqlarını hədəfə almamağı istəyib.
Qeyd edək ki, İran ABŞ tərəfindən hücuma məruz qalacağı təqdirdə, bu ölkənin regiondakı hərbi bazalarını hədəfə alacağı ilə bağlı xəbərdarlıq edib.