Dünya
247
16:50, Bu gün

"LUKOIL" Moldovada bütün aktivlərini satmağa məcbur olub

"LUKOIL" ABŞ sanksiyaları səbəbindən ölkədəki bütün aktivlərini satmaq məcburiyyətində qalıb".

Moderator.az xəbər verir ki, bunu Moldovanın energetika naziri Dorin Yungietu "Azadlıq" Radiosunun Moldova xidmətinə verdiyi müsahibədə bildirib.

"Onların əslində başqa seçimləri yoxdur. Əks halda, əməliyyatlar bloklanacaq", - deyə nazir Rusiya şirkətinin Moldovadakı aktivlərinin satışından imtina etmə ehtimalı ilə bağlı suala cavab verib.

Nazir bildirib ki, hökumət "LUKOIL Moldova" şirkətinin törəmə müəssisəsinə məxsus yanacaqdoldurma məntəqələri şəbəkəsini almaqda maraqlı deyil. Lakin Moldova hakimiyyəti şirkətin Kişineu hava limanındakı yanacaqdoldurma kompleksini satınalma danışıqlarını başa çatdırmadan müsadirə edəcək. D.Yungietunun sözlərinə görə, şirkət rəhbərliyi aktivlərin köçürülməsinə mane olmur.

"Hazırda heç bir açıq müqavimət və ya qəsdən gecikmə müşahidə olunmur. Şirkət prosesi başa çatdırmaq üçün əməkdaşlıq edir", - deyə o qeyd edib.

Link kopyalandı!
Son xəbərlər