ABŞ İranı
Dünya
201
16:47, Bu gün

ABŞ İranı "Tomahawk" raketləri ilə vura bilər

"ABŞ İrana zərbə endirmək üçün Yaxın Şərqdəki esmineslərinə yerləşdirilən "Tomahawk" qanadlı raketlərindən istifadə edə bilər".

Moderator.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri məlumat yayıb.

Xəbərdə bildirilir ki, potensial hücum zamanı ABŞ-dəki bazalardan İrana çata bilən bombardmançı təyyarələrdən də istifadə olunması mümkündür.

Nəşr hesab edir ki, ABŞ-nin əsas qüvvələri Karib dənizi bölgəsində olsa da, İrana zərbə endirmək üçün kifayət qədər imkanlar var.

Qeyd edilir ki, ABŞ artıq Cənubi Çin dənizindən Yaxın Şərqə aviadaşıyıcı gəmi hücum qrupu göndərib və həmin qüvvələr bir həftə ərzində bölgəyə çatacaq.

Xatırladaq ki, 2025-ci il dekabrın 29-da Tehranda İran rialının kəskin düşməsi səbəbindən ticarətçilərin etiraz aksiyaları başlayıb. Bir gün sonra etirazlara tələbələr də qoşulublar. Narazılıqlar qısa müddətdə İranın əksər iri şəhərlərinə yayılıb. 2026-cı il yanvarın 2-də vəziyyət daha da gərginləşib - şəhər küçələrində naməlum silahlı qruplar peyda olub. Etirazçılarla hüquq-mühafizə orqanları arasında silahlı toqquşma halları artıb.

İğtişaşların zirvəsi 8 yanvar axşamına təsadüf edib, bu zaman ən azı 12 mülki vətəndaş, o cümlədən bir uşaq həlak olub. Hakimiyyət orqanları 25 hüquq-mühafizə əməkdaşının həlak olduğunu bildirib. Tehran meri Əlirza Zakani deyib ki, etirazçılar paytaxtda 25 məscidi yandırıb, 26 bank, üç tibb mərkəzi, 10 dövlət müəssisəsi, 48 yanğınsöndürən maşın, 42 avtobus və təcili yardım maşını, həmçinin 24 mənzilə ziyan vurublar. İran hakimiyyəti iğtişaşçıları terrorist adlandırıb, hadisələrin təşkilində İsrail və ABŞ-ni təqsirləndirib.

Link kopyalandı!
Son xəbərlər