KİV: HƏMAS ABŞ-nin tərksilah planını qəbul etməyə hazırdır
Dünya
204
16:20, Bu gün

KİV: HƏMAS ABŞ-nin tərksilah planını qəbul etməyə hazırdır

"HƏMAS hərəkatının rəhbərliyi gizli şəkildə ABŞ-nin tərksilah planını qəbul etməyə hazır olduğunu bildirib".

Moderator.az xəbər verir ki, bu barədə Ağ Ev rəsmilərinə istinadən "Axios" nəşri məlumat yayıb.

"Biz demilitarizasiya planı hazırlamışıq və ABŞ Prezidenti Donald Tramp bunun həyata keçirilməsini istəyir. HƏMAS bizə bunun baş verəcəyini açıq şəkildə bildirib. İnanırıq ki, buna nail olunacaq. HƏMAS demilitarizasiya ilə bağlı müsbət siqnallar göndərir. Onların qüvvələri tükənib və çoxlu sayda insan itiriblər", - deyə nəşri məlumatlandıran Ağ Ev rəsmisi bildirib.

Nəşr qeyd edib ki, Ağ Ev rəsmiləri İsrailin HƏMAS-ın tərksilah perspektivlərinə şübhə ilə yanaşırlar.

"Lakin Tramp Administrasiyası nikbinliyini qoruyub saxlayır. Vaşinqton yaxın gələcəkdə HƏMAS nümayəndələri ilə tərksilah addımları üzrə bir sıra danışıqlar aparmağı planlaşdırır", - deyə xəbərdə bildirilib.

Daha əvvəl ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff Trampın Qəzza zolağında sülh planının ikinci mərhələsinin başlandığını elan edib. Bu plan keçid administrasiyasının yaradılmasını və anklavın demilitarizasiyası və bərpası prosesinin başlanmasını nəzərdə tutur.

Link kopyalandı!
Son xəbərlər