ABŞ bu tarixə qədər İrana zərbə endirəcək - ortaya 11 milyon dollar qoyuldu
Dünya
291
12:46, Bu gün

ABŞ bu tarixə qədər İrana zərbə endirəcək - ortaya 11 milyon dollar qoyuldu

Onlayn proqnoz və mərc  platforması "Polymarket" istifadəçilərinin böyük əksəriyyəti ABŞ-ın yanvar ayının sonuna qədər İrana hərbi zərbə endirəcəyini ehtimal edir.
 
Moderator.az Musavat.com-a istinadla xəbər verir ki, platformada formalaşan rəyə görə, ən çox gözlənilən tarix 31 yanvardır.
 
Məlumata əsasən, məhz bu tarix üzrə təxminən 8,5 milyon dollar məbləğində mərc edilib. İkinci ən yüksək aktivlik isə 14–16 yanvar tarixlərinə düşür – bu tarixlər üzrə ümumilikdə təxminən 11 milyon dollar mərc qeydə alınıb. Bu da istifadəçilər arasında mümkün hərbi eskalasiyanın daha erkən baş verə biləcəyi ilə bağlı ciddi gözləntilərin olduğunu göstərir.
 
Analitiklər bildirirlər ki, "Polymarket"dəki bu dinamika rəsmi mövqeni əks etdirməsə də, ictimai gözləntilərin və qlobal gərginliyin səviyyəsini aydın göstərir. Son günlər ABŞ–İran münasibətlərində artan ritorika, regiondakı hərbi hərəkətlilik və diplomatik xəbərdarlıqlar bu proqnozları daha da gücləndirib.
 
Qeyd olunur ki, bu cür platformalardakı mərclər real qərarların göstəricisi olmasa da, bazar iştirakçılarının risk qavrayışını və beynəlxalq proseslərə baxışını ortaya qoyur. ABŞ-ın mümkün addımı isə Yaxın Şərqdə təhlükəsizlik balansına ciddi təsir göstərə biləcək əsas faktor kimi dəyərləndirilir.
 
Link kopyalandı!
Son xəbərlər