Danimarkanın XİN başçısı Trampın Qrenlandiya yaxınlığında Çin hərbi mövcudluğuna dair iddialarını təkzib edib
Dünya
204
14 Jan 2026 | 23:55

Danimarkanın XİN başçısı Trampın Qrenlandiya yaxınlığında Çin hərbi mövcudluğuna dair iddialarını təkzib edib

Danimarkanın xarici işlər naziri Lars Lökke Rasmussen ABŞ Prezidenti Donald Trampın Qrenlandiya sahilləri yaxınlığında Çin hərbi gəmilərinin mövcudluğu ilə bağlı iddialarını təkzib edib.

Moderator.az xəbər verir ki, o, bunu Vaşinqtonda keçirilən mətbuat konfransında bildirib.

Nazirin sözlərinə görə, Çinin Hərbi Dəniz Qüvvələri təxminən son 10 il ərzində ada yaxınlığında görünməyib.

Rasmussen qeyd edib ki, ABŞ dövlət katibi Marko Rubio və vitse-prezident Ceyms Di Vensin iştirakı ilə keçirilən danışıqlar tərəflər arasında mövqelərin mübadiləsi üçün yaxşı imkan yaradıb.

“Qrenlandiyanın xarici işlər naziri Vivian Motsfeldt üçün də, mənim üçün də bu, yanlış olan həmin narrativi təkzib etmək baxımından əla fürsət oldu. Yəni guya Qrenlandiyanın ətrafında hər yerdə Çin hərbi gəmiləri var. Kəşfiyyatımızın məlumatına görə, Qrenlandiya ətrafında onlara təxminən 10 ildir rast gəlinmir”, – deyə nazir bildirib.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər