KİV:
Dünya
203
14 Jan 2026 | 23:09

KİV: "Lufthansa" əməkdaşlarını İsraili tərk etməyə çağırıb

"Lufthansa" aviaşirkətlər qrupu öz əməkdaşlarını İsraili tərk etməyə hazırlaşmağa çağırıb.

Moderator.az bu barədə N12 agentliyinə istinadən məlumat verir.

Məlumata görə, İsraillə hava əlaqəsi yanvarın 15-dən etibarən dayandırıla bilər. "Lufthansa" qrupuna daxil olan aviaşirkətlər arasında "Lufthansa", "Austrian Airlines", "Swiss Air", "Eurowings" və "Brussels Airlines" var.

Bundan əlavə, "Austrian Airlines" aviaşirkəti sabahkı Vyana - Təl-Əviv və Təl-Əviv - Vyana reyslərinin ləğv edildiyini açıqlayıb. Şirkətdən bildirilib ki, bu qərar əlverişsiz hava şəraiti səbəbindən verilib.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər