01:40
4°C
Bakı
Kiyevdə energetika sahəsində vəziyyətin yaxşılaşdırılması məqsədilə üç mühüm qərar qəbul edilib.
Moderator.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski energetika sahəsində fövqəladə vəziyyətlə bağlı keçirilən müşavirənin yekunlarına dair "Telegram" kanalında məlumat verib.
Prezident qeyd edib ki, Rusiya zərbələrinin nəticələri və hava şəraitinin pisləşməsi ağır fəsadlar yaradıb.
Bununla belə, təmir briqadaları, enerji şirkətləri, kommunal xidmətlər və Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti elektrik enerjisi və istilik təchizatının bərpası üçün sutka boyu fəaliyyətini davam etdirir.