İran hakimiyyəti ölkədə davam edən kütləvi iğtişaşların arxasında xarici kəşfiyyat orqanlarının dayandığını və bu hadisələrin hərbi müdaxilə üçün zəmin hazırlamaq məqsədilə təşkil edildiyini bəyan edib.
Moderator.az xəbər verir ki, bu barədə TASS agentliyi İslam Respublikası hökumətindəki etibarlı mənbəyə istinadən məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, Tehranda keçirilən əməliyyatlar zamanı saxlanılan şəxslərin bir çoxu xarici ölkələrdən maliyyə dəstəyi aldıqlarını etiraf ediblər.
Həmçinin, bəzi etirazçıların digər ölkələrdə iğtişaşlar törətmək üçün xüsusi təlim keçdiyinə dair təkzibolunmaz dəlillərin olduğu iddia edilir. Rəsmi Tehran vurğulayır ki, hazırda hüquq-mühafizə orqanları vəziyyətə tam nəzarət edir və hər hansı bir hərəkətlilik yalnız dinc yolla mümkündür.
Xatırladaq ki, İranda dekabrın 28-dən yerli valyutanın kəskin devalvasiyası səbəbindən başlayan etirazlar qısa müddətdə ölkənin 25 əyalətində 60-dan çox şəhəri bürüyüb.