Dünya
493
14 Jan 2026 | 22:50

"Timoşenko həbs olunacaq, amma yenə də Ukraynanın prezidenti ola bilər" - Ukrayna KİV-ləri

"Korrupsiya ittihamı, siyasi revanş və Timoşenkonun hakimiyyətə dönüş ehtimalı..."

Deputat Yuliya Timoşenko ətrafında növbəti korrupsiya qalmaqalı başlayıb. Məlumata görə, iş Ukraynanın Milli Antikorrupsiya Bürosu (NABU) tərəfindən açılıb və rüşvət təklifi ilə bağlıdır.

Moderator.az xəbər verir ki, bu barədə "Strana.ua" nəşri  məlumat yayıb.

İttiham və cinayət işi: nə baş verir

Nəşr yazır ki, söhbət Ukrayna Cinayət Məcəlləsinin 369-cu maddəsinin 4-cü hissəsindən gedir ki, bu da 10 ilədək həbs cəzası nəzərdə tutur. Timoşenko üçün bu, ilk belə hadisə deyil. O, 2001-ci ildə Kuçma dövründə, daha sonra isə 2011-ci ildə Yanukoviç hakimiyyəti vaxtı istintaq və həbs yaşayın. Xüsusilə 2009-cu ildə "Qazprom"la bağlanan müqaviləyə görə aldığı 7 illik hökm onun siyasi bioqrafiyasında dönüş nöqtəsi olub.

Bu dəfə fərq nədədir?

Əsas fərq ondadır ki, hazırkı ittihamlar "köhnə hakimiyyət" yox, Qərbin dəstəklədiyi antikorrupsiya institusiyaları - NABU və Xüsusi Antikorrupsiya Prokurorluğu (SAP) tərəfindən irəli sürülür. Timoşenko isə bu qurumları uzun müddətdir açıq tənqid edib.

Nəşr ehtimal edir ki, cinayət işinin aktivləşməsi Timoşenkonun Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Malyukun istefası ilə bağlı səsvermədə həlledici rol oynaması ilə əlaqəlidir. Bu məsələ prezident Vladimir Zelenski üçün də, ona qarşı formalaşmış siyasi düşərgə üçün də son dərəcə həssas sayılır.

Siyasi nəticələr və paradoks

Qalmaqala baxmayaraq, Timoşenkonun siyasi karyerasını tam bitmiş saymaq tezdir. O, girov müqabilində azadlıqda qala, fraksiyasına rəhbərliyi davam etdirə və informasiya məkanında mövqeyini gücləndirə bilər. Üstəlik, ittihamların məzmunu - deputatların "ələ alınması" iddiası cəmiyyətdə enerji və müdafiə sahələrindəki milyardlıq korrupsiya ittihamları qədər ağır qəbul olunmaya bilər.

Maraqlı ironiya da var: əgər 2019-cu il seçkilərində "Kvartal 95" layihəsinin lideri irəli sürülməsəydi, demək olar ki, bütün reytinqlərə görə prezident postuna Timoşenko gələcəkdi. Həmin ssenaridə ölkənin siyasi trayektoriyasının fərqli ola biləcəyi barədə fikirlər bu gün də səslənir.

Şans qalırmı?

Hazırda Timoşenkonun partiyasının reytinqi təxminən 5 faizdir. Amma Ukrayna siyasətində kəskin dəyişikliklər fonunda onun yenidən yüksəliş ehtimalı tam istisna olunmur. Postsovet elektoratının bir hissəsi üçün o, hələ də Brejnev dövründən qalma "sərt, amma ədalətli idarəçi" obrazına uyğun gəlir: "özü də yaşayır, başqalarına da yaşamağa imkan verir".

Beləliklə, korrupsiya işi Timoşenkonun yolunu bağlaya da bilər, əksinə, onu yenidən böyük siyasətin mərkəzinə qaytara da. Ukrayna siyasətində bu paradoks artıq heç kimi təəccübləndirmir.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər