SEPAH İsrail kəşfiyyatı ilə əlaqəli 31 nəfərin saxlanıldığını açıqlayıb
Dünya
182
14 Jan 2026 | 22:48

SEPAH İsrail kəşfiyyatı ilə əlaqəli 31 nəfərin saxlanıldığını açıqlayıb

İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) kəşfiyyat qolu İrandakı etirazlarda İsrailin xarici kəşfiyyat xidməti (MOSSAD) ilə əlaqəli 31 nəfəri saxlayıb.

Moderator.az "Mehr" Xəbər Agentliyinə istinadən xəbər verir ki, bu barədə SEPAH-ın yaydığı məlumatda vurğulanıb.

Bildirilib ki, sərhədyanı bölgələrdə iki hərbi və polis qərargahına qarşı terror hücumu həyata keçirməyə cəhd edən qruplaşmanın başçısı da həbs olunub.

Həmçinin bildirilib ki, "xarici ünsürlər" beynəlxalq arenada İslam Respublikasına qarşı konsensus yaratmaq, hərbi və təhlükəsizlik xərcləri formalaşdırmaq, genişmiqyaslı koqnitiv müharibə aparmaq, habelə qalıq terror ünsürlərinə maliyyə və kəşfiyyat dəstəyini davam etdirməklə xaos və etibarsızlığı yaymağa çalışır.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər