Ağ Evdə Qrenlandiya ilə bağlı mühüm görüş keçirildi
Dünya
305
14 Jan 2026 | 21:15

Ağ Evdə Qrenlandiya ilə bağlı mühüm görüş keçirildi

ABŞ-nin vitse-prezidenti Cey Di Vens və dövlət katibi Marko Rubio Ağ Evdə Danimarkanın xarici işlər naziri Lars Lökke Rasmussen və Qrenlandiyanın xarici işlər naziri Vivian Motzfeldt ilə kritik görüşüblər.

Moderator.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

Bildirilib ki, görüş Prezident Donald Trampın Qrenlandiyanın ABŞ-nin nəzarətinə keçməsi ilə bağlı təzyiqlərini artırdığı bir vaxtda baş tutur.

Görüşdən cəmi bir neçə saat əvvəl Tramp öz sosial media hesabında Qrenlandiyanın ABŞ-nin milli təhlükəsizliyi üçün “olmazsa olmaz” olduğunu təkrar edərək, NATO-nu bu prosesdə liderlik etməyə çağırıb. O, adanın ABŞ-ın əlində olmamasının “qəbulolunmaz” olduğunu bildirib.

Məlumata görə, Danimarka və Qrenlandiya nümayəndə heyəti əvvəlcə görüşün yalnız Marko Rubio ilə keçirilməsini istəsələr də, vitse-prezident C.D. Vensin prosesə şəxsən rəhbərlik etmək istəyi görüşün yerini Dövlət Departamentindən Ağ Evə dəyişib.

Qeyd edək ki, Vens bir qədər əvvəl Danimarkanı Qrenlandiyaya “pis müttəfiqlik” etməkdə və adanı diqqətdən kənarda saxlamaqda ittiham etmişdi.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər