Makron ABŞ-ni Qrenlandiyanın suverenliyini pozmamaq barədə xəbərdar etdi
Dünya
232
20:40, Bu gün

Makron ABŞ-ni Qrenlandiyanın suverenliyini pozmamaq barədə xəbərdar etdi

Fransa Prezidenti Emmanuel Makron ABŞ-yə xəbərdarlıq edib ki, Qrenlandiyanın suverenliyinin pozulması "görünməmiş nəticələrə" səbəb olacaq.

Moderator.az xəbər verir ki, bu barədə Fransa hökumətinin sözçüsü Mod Brejon dövlət başçısının 14 yanvarda Yelisey Sarayında keçirilən kabinet iclasındakı çıxışına istinadən məlumat yayıb.

Brejon Makronun sözlərini sitat gətirib: "Qrenlandiya ilə bağlı açıqlamaları qiymətləndirməməyə meylli deyilik. Əgər müttəfiq Avropa ölkəsinin suverenliyinə təsir göstərilsə, bu, görünməmiş nəticələrə səbəb olacaq".

Brejona görə, Prezident vurğulayıb ki, "Fransa vəziyyəti son dərəcə diqqətlə izləyir və öz hərəkətlərini Danimarka və onun suverenliyi ilə tam həmrəylik ruhunda quracaq".

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər