HƏMAS: Qəzza üzrə idarəetmə komitəsi mümkün qədər tez işə başlamalıdır
Dünya
177
20:27, Bu gün

HƏMAS: Qəzza üzrə idarəetmə komitəsi mümkün qədər tez işə başlamalıdır

Qəzza üzrə idarəetmə komitəsi mümkün qədər tez işə başlamalıdır.

Moderator.az TASS-a istinadən xəbər verir ki, bu bəyanatla HƏMAS daxil olmaqla, Fələstin fraksiyaları Qahirədə keçirdikləri görüşdə çıxış edib.

Fraksiyalar Qəzza zolağının müharibədən sonra idarə edilməsi üçün Fələstin Milli Komitəsinin işinin tezliklə başlanmasına çağırıb.

"Biz Qəzzanın keçid dövründə idarə edilməsini həyata keçirəcək Fələstin Milli Komitəsinin formalaşmasında vasitəçilərin səylərini dəstəkləyirik və bu inzibati orqanın öz fəaliyyətinə dərhal başlaya bilməsi üçün bütün şəraitin təmin edilməsinə çağırırıq", - bəyanatda bildirilir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər