İraqdan İrana terrorçu axını – VİDEO
Dünya
649
19:50, Bu gün

İraqdan İrana terrorçu axını – VİDEO

Son məlumatlara görə, İran rejimi genişmiqyaslı etirazları yatırmaq üçün xarici dəstək axtarır.

Moderator.az xarici mənbələrə istinadən xəbər verir ki, molla rejiminin İraqda bəslədiyi şiə yaraqlıları – o cümlədən “Kataib Hizbullah”, “əl-Nücaba hərəkatı”, “Seyyid əş-Şühəda briqadası” və “Badr” kimi qruplardan təxminən 800 döyüşçü İrana göndərilib.

Məlumatlar göstərir ki, bu döyüşçülər İraq-İran sərhədi üzrə Diyala, Maysan və Basra əyalətlərindən keçərək İran ərazisinə daxil olublar. Bu əməliyyatın “Məşhəd ziyarəti” kod adı ilə həyata keçirildiyi qeyd edilir. Bu döyüşçülər İranda Əhvaz yaxınlığındakı bir bazada toplanacaq və daha sonra etirazları yatırmaq üçün ölkənin müxtəlif regionlarında göndəriləcək.

Sosial media paylaşımlarında bəzi iddialara görə, İraqdan gələn “Kataib Hizbullah” bölmələri bazaya çatıb.

İraqın bu silahlı qrupları uzun illərdir İranın regiondakı müttəfiqləri hesab olunur. Bu yaraqlılar əvvəllər Tehran tərəfindən Suriya münaqişəsi kimi bir çox silahlı qarşıdurmalarda istifadə olunublar.

Hazırda bu məsələ ilə bağlı Tehrandan və Bağdaddan rəsmi açıqlama yoxdur.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər