22:06
4°C
Bakı
Qətər regionda hökm sürən gərginlik fonunda ABŞ-nin Əl-Udeyd aviabazasından heyətin bir hissəsinin çıxarılması barədə KİV-də dərc olunmuş məlumatları təsdiqləyib.
Moderator.az xəbər verir ki, bu barədə Qətər Beynəlxalq Media Ofisi məlumat yayıb.
"Qətər öz vətəndaşlarını və ölkədə yaşayan xarici rezidentləri qorumaq üçün tədbirlər görməyə davam edir, kritik əhəmiyyətli infrastruktur və hərbi obyektlərin təhlükəsizliyini təmin edir", - məlumatda deyilir.
"Reuters" agentliyinin daha əvvəl verdiyi məlumata görə, ABŞ öz hərbçilərinə Qətərdəki "Əl-Udeyd" aviabazasını bu gün axşam saatlarınadək tərk etməyi tövsiyə edib.