Etirazçılar Berlin səfirliyindəki İran bayrağını endirdilər - VİDEO
Dünya
124
19:20, Bu gün

Etirazçılar Berlin səfirliyindəki İran bayrağını endirdilər - VİDEO

Yanvarın 14-də bir qrup iranlı etirazçı İslam Respublikasının Berlindəki (Almaniya) səfirliyinə daxil olub.

Moderator.az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb.

Yayımlanan videogörüntülərdən aydın olur ki, etirazçılar İran bayrağını endiriblər.

Bu addımlarını sosial şəbəkədə iranlı fəallar belə izah ediblər:

"Uşaq qatili olan hazırkı terrorçu rejim qanunsuzdur. O, İran millətini təmsil etmir. Bu səfirliklər də İrana deyil, iranlılara məxsusdur".

Xatırladaq ki, 2025-ci il dekabrın 29-da Tehranda İran rialının kəskin düşməsi səbəbindən ticarətçilərin etiraz aksiyaları başlayıb. Bir gün sonra etirazlara tələbələr də qoşulublar. Narazılıqlar qısa müddətdə İranın əksər iri şəhərlərinə yayılıb. 2026-cı il yanvarın 2-də vəziyyət daha da gərginləşib - şəhər küçələrində naməlum silahlı qruplar peyda olub. Etirazçılarla hüquq-mühafizə orqanları arasında silahlı toqquşma halları artıb.

İğtişaşların zirvəsi 8 yanvar axşamına təsadüf edib, bu zaman ən azı 12 mülki vətəndaş, o cümlədən bir uşaq həlak olub. Hakimiyyət orqanları 25 hüquq-mühafizə əməkdaşının həlak olduğunu bildirib. Tehran meri Əlirza Zakani deyib ki, etirazçılar paytaxtda 25 məscidi yandırıb, 26 bank, üç tibb mərkəzi, 10 dövlət müəssisəsi, 48 yanğınsöndürən maşın, 42 avtobus və təcili yardım maşını, həmçinin 24 mənzilə ziyan vurublar. İran hakimiyyəti iğtişaşçıları terrorist adlandırıb və hadisələrin təşkilində İsrail və ABŞ-ni təqsirləndirib.

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər