Dünya
181
18:47, Bu gün

"Crocus"dakı terror aktına hazırlıqlar necə həyata keçirilib?

Rusiya İstintaq Komitəsi araşdırmaların gedişində "Crocus City Hall" konsert zalında terror aktına hazırlığın bütün mərhələlərini müəyyən edib.

Moderator.az xəbər verir ki, bu barədə İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin TASS-a verdiyi müsahibədə bildirib:

"Bu cinayət Ukrayna xüsusi xidmət orqanları tərəfindən Rusiyada dövlət qurumlarının fəaliyyətini pozmaq və daxili siyasi vəziyyəti sarsıtmaq üçün təşkil edilib. İstintaq terror aktının planlaşdırılması, hazırlanması və həyata keçirilməsinin bütün mərhələlərini müəyyən edib.

Cinayətin təşkilatçılarını tapmaq üçün bir sıra tədbirlər həyata keçirilir. Bu məqsədlə müstəntiqlər və əməliyyat xidmətləri Tacikistan və digər ölkələrin hüquq-mühafizə orqanları ilə fəal əməkdaşlıq edir".

Moskva yaxınlığındakı Krasnoqorskda yerləşən "Crocus" ticarət mərkəzində terror aktı 22 mart 2024-cü ildə baş verib. İstintaq Komitəsinin məlumatına görə, hadisə zamanı 149 nəfər öldürülüb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər