20:26
4°C
Bakı
Avropa İttifaqının (Aİ) Ermənistandakı Monitorinq Missiyasının (EUMA) rəhbəri Markus Ritterin ölkədəki fəaliyyəti başa çatır.
Moderator.az Ermənistan mediasına istinadən xəbər verir ki, bununla əlaqədar ölkənin Baş naziri Nikol Paşinyan onu qəbul edib.
Baş nazir Aİ missiyasının Ermənistandakı fəaliyyətini yüksək qiymətləndirib.
Xatırladaq ki, EUMA 2023-cü il fevralın 20-də fəaliyyətə başlayıb. Aİ Şurası 2025-ci il yanvarın 30-da Ermənistandakı müşahidə missiyasının mandatını iki il - 19 fevral 2027-ci il tarixinədək uzadıb.