Aİ-nin Ermənistandakı Monitorinq Missiyasının rəhbəri fəaliyyətini başa vurur
Dünya
190
17:38, Bu gün

Aİ-nin Ermənistandakı Monitorinq Missiyasının rəhbəri fəaliyyətini başa vurur

Avropa İttifaqının (Aİ) Ermənistandakı Monitorinq Missiyasının (EUMA) rəhbəri Markus Ritterin ölkədəki fəaliyyəti başa çatır.

Moderator.az Ermənistan mediasına istinadən xəbər verir ki, bununla əlaqədar ölkənin Baş naziri Nikol Paşinyan onu qəbul edib.

Baş nazir Aİ missiyasının Ermənistandakı fəaliyyətini yüksək qiymətləndirib.

Xatırladaq ki, EUMA 2023-cü il fevralın 20-də fəaliyyətə başlayıb. Aİ Şurası 2025-ci il yanvarın 30-da Ermənistandakı müşahidə missiyasının mandatını iki il - 19 fevral 2027-ci il tarixinədək uzadıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər