Danimarka Trampa cavab olaraq Qrenlandiyada hərbi kontingentini gücləndirir
Dünya
136
17:24, Bu gün

Danimarka Trampa cavab olaraq Qrenlandiyada hərbi kontingentini gücləndirir

Danimarka Arktika və Qrenlandiyada hərbi kontingentini genişləndirib.

Moderator.az xəbər verir ki, bu barədə Danimarkanın müdafiə naziri Troels Lund Poulsen məlumat verib.

Nazirin sözlərinə görə, qərar ABŞ Prezidenti Donald Trampın Qrenlandiyanın müdafiəsinin zəif olması ilə bağlı səsləndirdiyi tənqidlər fonunda qəbul edilib.

“Qrenlandiyada hərbi mövcudluğumuzu gücləndirməyə davam edəcəyik. Eyni zamanda, NATO çərçivəsində daha çox hərbi təlimlərin keçirilməsinə və Arktikada Alyansın mövcudluğunun artırılmasına diqqət yetirəcəyik”, – Poulsen bildirib.

Qeyd olunur ki, Kopenhagen bu qərarı ABŞ, Danimarka və Qrenlandiya rəsmilərinin iştirakı ilə Ağ Evdə keçiriləcək üçtərəfli görüş ərəfəsində elan edib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər