İsrail Fransanı SEPAH-ı terror təşkilatı kimi tanımağa çağırıb
Dünya
129
17:20, Bu gün

İsrail Fransanı SEPAH-ı terror təşkilatı kimi tanımağa çağırıb

İsrailin xarici işlər naziri Gideon Saar fransalı həmkarı Jan-Noel Barro ilə telefon danışığı aparıb.

Moderator.az xəbər verir ki, bu barədə Gideon Saar “X” hesabında bildirib.

İsrail XİN rəhbəri Fransanı İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatı kimi tanımağa çağırıb.

“Onilliklərdir SEPAH Yaxın Şərqdə və ondan kənarda terror və qeyri-sabitlik yayır. Eyni zamanda, azadlıqları uğrunda mübarizə aparan İran xalqına qarşı qanlı repressiyalara rəhbərlik edir”, – nazir qeyd edib.

İsrail XİN rəhbəri vurğulayıb ki, SEPAH-ın Avropa İttifaqı tərəfindən terror təşkilatı kimi tanınması həm mənəvi, həm də praktiki baxımdan vacib addım olar.

“Səsinizi eşidirik. Siz tək deyilsiniz”, – Gideon Saar İran xalqına müraciət edib.

Xatırladaq ki, İsrailin xarici işlər naziri bundan əvvəl də Avropa İttifaqını SEPAH-ı terror təşkilatı kimi tanımağa çağırıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər