KİV: Trampa İrana zərbə endirmək üçün 50 hərbi obyektin siyahısı təqdim olunub
Dünya
253
17:19, Bu gün

KİV: Trampa İrana zərbə endirmək üçün 50 hərbi obyektin siyahısı təqdim olunub

ABŞ Prezidenti Donald Trampın İrana mümkün zərbə variantlarını nəzərdən keçirdiyi bir vaxtda Ağ Evə İranın hərbi hədəfləri üzrə ətraflı siyahı təqdim olunub.

Moderator.az xəbər verir ki, bu barədə “Daily Mail” öz mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, Tramp administrasiyasına 50 hədəfdən ibarət dosye təqdim edilib. Siyahıya İslam İnqilabı Keşikçiləri Korpusunun Tehrandakı “Sərallah” qərargahının dəqiq koordinatları da daxil edilib. Həmin obyekt sənəddə etirazların yatırılması üçün əsas komanda mərkəzi kimi təsvir olunur.

Sənəddə, həmçinin, Tehranda yerləşən Korpusun regional qərargahlarının və Bəsic yarımhərbi birləşmələrinin 23 bazasının koordinatları da yer alıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər