Yaponiya baş naziri erkən seçki keçirmək üçün parlamenti buraxmaq niyyətindədir
Dünya
107
17:07, Bu gün

Yaponiya baş naziri erkən seçki keçirmək üçün parlamenti buraxmaq niyyətindədir

Yaponiyanın Baş naziri Sanae Takaiçi hakim Liberal Demokrat Partiyasının (LDP) rəhbərliyini parlamentin əsas aşağı palatasını buraxmaq niyyəti barədə məlumatlandırıb.

Moderator.az TASS-a istinadən xəbər verir ki, bunu LDP baş katibi Sunyiti Suzuki jurnalistlərə açıqlayıb.

"Baş nazir Takaiçi yaxın gələcəkdə parlamentin aşağı palatasını buraxmaq niyyətində olduğunu bildirib", - deyə Suzuki bildirib.

Suzuki bəyan edib ki, baş nazir yanvarın 19-da keçiriləcək mətbuat konfransında aşağı palatanın buraxılma vaxtı və erkən seçkinin keçirilməsi də daxil olmaqla bütün detalları açıqlayacaq.

LDP parlamentin hər iki palatasında çoxluğunu itirsə də, baş nazir və onun hökuməti indi seçicilərin olduqca yüksək dəstəyinə malikdir. Bunun hakim partiyanın parlamentdəki mövqeyini yaxşılaşdırmasına imkan verəcəyi gözlənilir. Yerli müşahidəçilərin fikrincə, seçkinin lehinə digər amil Çinlə münasibətlərin kəskin şəkildə pisləşməsidir. Qəzet qeyd edir ki, seçkidəki böyük qələbə və Yaponiyanın yeni baş nazirinin uzunmüddətli hakimiyyətdə qalmasını təmin etmək Çinin mövqeyini yumşalda bilər.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər