Ukraynada hərbi vəziyyət və səfərbərlik müddəti uzadıldı
Dünya
177
16:40, Bu gün

Ukraynada hərbi vəziyyət və səfərbərlik müddəti uzadıldı

Ukrayna Ali Radası Prezident Volodimir Zelenskinin təklifi ilə ölkədə hərbi vəziyyət və ümumi səfərbərlik müddətini daha 90 gün uzadıb.

Moderator.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatında məlumat verilib.

Məlumata görə, Zelenskinin müvafiq fərmanlarının qüvvədə olma müddəti fevralın 3-dən mayın 4-nə qədər müəyyən edilib.

Ukraynada 2022-ci ilin fevral ayından hərbi vəziyyət və ümumi səfərbərlik tətbiq olunur.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər