19:30
4°C
Bakı
Ukrayna Ali Radası Prezident Volodimir Zelenskinin təklifi ilə ölkədə hərbi vəziyyət və ümumi səfərbərlik müddətini daha 90 gün uzadıb.
Moderator.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatında məlumat verilib.
Məlumata görə, Zelenskinin müvafiq fərmanlarının qüvvədə olma müddəti fevralın 3-dən mayın 4-nə qədər müəyyən edilib.
Ukraynada 2022-ci ilin fevral ayından hərbi vəziyyət və ümumi səfərbərlik tətbiq olunur.