ABŞ tərəfindən ələ keçirilən
Dünya
256
16:20, Bu gün

ABŞ tərəfindən ələ keçirilən "Marinera" tankeri Şotlandiyanın şimal-şərqinə çatıb

Yanvarın 7-də Şimali Atlantikada ABŞ Sahil Mühafizəsi tərəfindən ələ keçirilən "Marinera" neft tankeri Şotlandiyanın şimal-şərq sahillərindəki Mori-Fert körfəzinə çatıb.

Moderator.az-ın xəbərinə görə, bu barədə "Navy Lookout" nəşri məlumat verib.

Məlumata görə, tanker hələ də ABŞ Sahil Mühafizəsinin "USCG Munro" gəmisinin nəzarəti altındadır, hansı ki, bir neçə həftə ərzində Rusiya bayrağı altında üzən gəminin Karib dənizindən Şimali Atlantikaya doğru hərəkətini izləyib.

Xatırladaq ki, tankerin birbaşa ələ keçirilməsi üçün ABŞ Sahil Mühafizəsinin və xüsusi xidmət orqanlarının əməkdaşları bir neçə helikopterdən gəminin göyərtəsinə desant endirib. Daha əvvəl "Bella 1" adlanan sanksiyalar altındakı tankerin ələ keçirilməsi əməliyyatına ABŞ Hərbi Dəniz Qüvvələrinin idarə olunan raket silahı esminesləri "USS Bulkeley" və "USS Paul Ignatius" dəstək verib.

Bundan əlavə, əməliyyat zonasına Böyük Britaniyadan 30 mm və 105 mm-lik kalibrli artilleriya qurğuları ilə təchiz olunmuş ABŞ-nin "AC-130J Ghostrider" dəstək təyyarələri və "P-8A Poseidon" sualtı qayıq əleyhinə patrul təyyarələri də uçub.

333 metrlik gəminin göyərtəsində dörd ölkənin vətəndaşlarından ibarət heyət olub: 17 nəfər Ukraynadan, altı nəfər Gürcüstandan, üç nəfər Hindistandan və iki nəfər Rusiyadan.

Ağ Evin məlumatına görə, federal məhkəmə ABŞ qanunlarını pozduqlarına görə ekipaj üzvlərinin həbsi üçün order verib, onlar məhkəmə prosesi üçün ABŞ-yə gətiriləcəklər. Ağ Evin nümayəndəsi Karolin Levitt qeyd edib ki, tanker sanksiyalar altında olan neftin daşınması ilə bağlı ABŞ sanksiyalarını pozduğuna görə ələ keçirilib.

Ötən həftə ABŞ Prezidenti Donald Tramp Rusiya tərəfinin müraciətinə cavab olaraq gəminin ekipajından rusiyalıların azad edilməsi qərarına gəlib. Rusiya Xarici İşlər Nazirliyi bu addımı alqışlayıb və ABŞ rəhbərliyinə minnətdarlığını bildirib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər