Bizi sosial şəbəkələrdən izləyin:
Çində münasibətlərini sığortalamaq üçün 28 dollara "sevgi sığortası" alan qadın 10 il sonra sığorta şirkətindən 1 400 dollar əldə edəcək.
Moderator.az bildirir ki, bu barədə "South China Morning Post" qəzeti yazıb.
Bildirilib ki, 10 il əvvəl - 2016-cı ildə - Çinin şimal-qərbində yerləşən Şensi əyalətindən olan, U soyadlı bir qadın sevgilisi üçün hədiyyə olaraq 28 dollar dəyərində "sevgi sığortası" alıb.
Qəzetin qeyd etdiyinə görə, bu sığorta bir növ "cütlüyün sadiqliyinə qoyulan mərc" kimi nəzərdə tutulub.
Sığorta şərtlərinə əsasən, əgər sevgisini sığortalayan cütlük 3 il sonra 10 il ərzində istənilən tarixdə rəsmi nikaha daxil olarsa, onlar ya 10 min qızılgüldən ibarət buket, ya da 0,5 karatlıq ürək formalı brilyant üzük əldə edə bilərlər.
Cütlük 10 illik münasibətdən sonra ötən ilin oktyabr ayında nikahlarını rəsmi şəkildə qeydə aldırıb. Bununla da sığortanın bütün şərtləri yerinə yetirilib.
Sığorta şirkətinin açıqlamasına görə, "sevgi sığortası"nın satışı 2017-ci ildə dayandırılsa da, daha əvvəl rəsmiləşdirilmiş nümunələr hələ də qüvvədədir və onlardan istifadə mümkündür.
Nəticədə sığorta şirkəti cütlüyə seçim təqdim edib: ya 10 min yuan (təxminən 1 400 dollar), ya da 10 min qızılgül. Cütlük pul mükafatını seçib. /oxu.az/