Baş nazir:
Dünya
275
13 Jan 2026 | 23:55

Baş nazir: "Qrenlandiya ABŞ-nin bir hissəsi olmaq istəmir və Danimarkanı seçir"

"Qrenlandiya ABŞ-nin bir hissəsi olmaq istəmir, ada Danimarkanı seçir".

Moderator.az TASS-a istinadən xəbər verir ki, Qrenlandiyanın Baş naziri Yens-Frederik Nilsen bunu Kopenhagendə keçirilən mətbuat konfransında bildirib.

"Əgər indi ABŞ və Danimarka arasında seçim etməli olsaq, Danimarkanı seçəcəyik. NATO, Danimarka Krallığı və Avropa İttifaqını seçəcəyik. Daxili müzakirələr və bölünmə vaxtı deyil. Birləşməyin vaxtıdır", - deyə o bildirib.

Baş nazirin sözlərinə görə, ada satın alına bilməz və Qrenlandiya Qərb alyansının bir hissəsi olacaq.

"Əsas məsələ odur ki, biz satılmırıq. Qrenlandiya alına bilməz. Bizim mövqeyimiz tamamilə aydındır: Biz əməkdaşlıq istəyirik, biz ittifaq istəyirik. Qrenlandiya həmişə Qərb ittifaqının bir hissəsi olacaq", - deyə o qeyd edib.

Xatırladaq ki, Qrenlandiya muxtar ərazi kimi Danimarkanın bir hissəsidir. 1951-ci ildə Vaşinqton və Kopenhagen NATO ittifaq öhdəliklərinə əlavə olaraq Qrenlandiya Müdafiə Paktını imzalayıblar. Bu Müqaviləyə əsasən, ABŞ adanı mümkün təcavüzdən qorumağı öhdəsinə götürüb.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər