Almaniyan Bundesverin Qrenlandiyada hərbi kontingent yerləşdirməsini təklif edir
Dünya
253
13 Jan 2026 | 23:25

Almaniyan Bundesverin Qrenlandiyada hərbi kontingent yerləşdirməsini təklif edir

Almaniyanın Ehtiyatda Olan Hərbçilər Assosiasiyası ABŞ-ın Qrenlandiyanı ələ keçirmək planlarının qarşısını almaq və ya ləngitmək məqsədilə Almaniya Silahlı Qüvvələrinin (Bundesver) hərbi kontingentinin adada yerləşdirilməsini təklif edib.

Moderator.az xəbər verir ki, Assosiasiyanın sədri Patrik Sensburq “Bild” qəzetinə açıqlamasında ABŞ Prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı iddialarının ciddiyə alınmasının vacibliyini qeyd edərək deyib: “Buna görə də Avropa adada öz mövcudluğunu daha güclü nümayiş etdirməlidir”.

O, bunun həm Almaniya, həm də Avropa üçün strateji fayda gətirə biləcəyini vurğulayıb. Danimarkanın rəhbərliyi ilə qısa müddətdə iki Avropa briqadasının adaya yerləşdirilməsinin vacibliyini qeyd edən P.Sensburq burada Almaniyanın xüsusi məsuliyyət daşıyacağını bildirib. Qeyd edib ki, briqadaların yerləşdirilməsi Bundesver üçün əsgərlərin təlim və hazırlığı baxımından da imkanlar yaradacaq və Avropanı daha da yaxınlaşdıracaq.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər