"Pensiya yığımları və gələcəyin utopik reallığı..."
İlon Mask bəyan edib ki, yaxın on illərdə pensiya yığımları öz aktuallığını itirəcək, çünki hər kəs istədiyi hər şeyi əldə edə biləcək.
Moderator.az xəbər verir ki, bu barədə o, "businessinsider.com" nəşrinə müsahibəsində deyib.
Yeni maliyyə reallığı və utopik gələcək
Onun fikrincə, süni intellekt, enerji və robot texnikası sahələrindəki inkişaf məhsuldarlığı kəskin artıracaq və resurs bolluğu yaradacaq. Bu, hər kəs üçün yüksək gəlir və geniş imkanlar təmin edəcək: "Yaxın gələcəkdə hər kəs istədiyi hər şeyi əldə edə biləcək.
Mask iddia edir ki, "beş il ərzində tibbi xidmət hər kəs üçün mövcud olacaq, mallar və xidmətlərdə qıtlıq olmayacaq, istədiyiniz məlumatı pulsuz əldə edə biləcəksiniz". Mask bu utopik dünyaya keçidin asan olmayacağını və sosial gərginliklər, kəskin dəyişikliklər və həyat məqsədinin itirilməsi risklərinin mövcud olduğunu da vurğulayıb.
Texnologiya və real imkanlar
Dünyanın ən zəngin adamı olan Mask "Tesla" və "SpaceX" ilə avtomobil və aerokosmik sahələrdə inqilab yaratmış, sürücüsüz avtomobillər, insanabənzər robotlar, neyrokompüter interfeysləri və süni intellekt sahələrində də işləyir. Bu layihələr onun gələcəkdə trilyonçu olma yolunu açır.
Lakin Maskın pensiya yığımları ilə bağlı proqnozu ABŞ-dakı milyonlarla insanın maliyyə reallığı ilə üst-üstə düşmür: uzunmüddətli inflasiya, yüksək faizlər və əmək haqqının zəif artımı səbəbindən bir çox amerikalı təhsil, keyfiyyətli tibbi xidmət, mənzil və ailə imkanlarından məhrum qalır və kifayət qədər pensiya yığımı edə bilmir.
Məsləhət və risklər
Mask tövsiyə edir ki, insanlar gələcək üçün yığımı narahatlıq predmetinə çevirməsinlər, çünki 10-20 il sonra bu artıq əhəmiyyət daşımayacaq. Lakin ekspertlər xəbərdarlıq edir ki, onun nikbin proqnozları istəyi reallıq kimi qəbul etmək və ya insanların yığımı dayandırması üçün təhlükəli ola bilər. Reallıq Maskın təsvir etdiyi kimi olmayacaq və bir çox insan təqaüdə çıxanda kifayət qədər resurs olmadan qala bilər.