İranda iğtişaşlar zamanı ölənlərin sayı 3 mini ötdü
Dünya
260
13 Jan 2026 | 21:35

İranda iğtişaşlar zamanı ölənlərin sayı 3 mini ötdü

İranda bir neçə həftədir davam edən hökumət əleyhinə nümayişlərdə ölənlərin sayı artaraq dəhşətli həddə çatıb.

Moderator.az xəbər verir ki, bu barədə “The New York Times” qəzeti məlumat yayıb.

Nəşr yazır ki, etirazlar başlayandan bəri həyatını itirənlərin sayı artıq 3 min nəfərə çatıb.

Hesabatda qeyd olunur ki, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) nümayişləri yatırmaq üçün odlu silahlardan kütləvi şəkildə istifadə edir:

“Hazırda ölkənin müxtəlif şəhərlərində morqların meyitlərlə dolu olduğu, xəstəxanalarda isə yaralıları yerləşdirməyə yer qalmadığı bildirilir. Öldürülənlərin bir çoxunun şəxsiyyətini hələ də müəyyənləşdirmək mümkün olmayıb. Prosesin sürətləndirilməsi üçün həmin şəxslərin yaxınları morqlara dəvət edilir. SEPAH rəhbərliyi isə beynəlxalq ictimaiyyətin qınağına baxmayaraq, etirazlarda öldürülənlərin hamısının “xarici kəşfiyyata bağlı terrorçular” olduğunu iddia edir”.

Xatırladaq ki, bir müddət əvvəl “Reuters” agentliyi ölənlərin sayının 2 min nəfər olduğunu diqqətə çatdırmışdı.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər