Dünya
180
21:40, Bu gün

"Telegraph": Naytton hərbi məqsədlər üçün Britaniyanın vəsaitinin olmadığını iddia edir

Britaniya Silahlı Qüvvələrinin baş komandanı, Hava Qüvvələrinin baş marşalı Riçard Naytton bildirib ki, London planlaşdırılan bütün hərbi təşəbbüsləri həyata keçirmək üçün maliyyə resurslarından məhrumdur.

Moderator.az xəbər verir ki, bu barədə "The Telegraph" qəzeti məlumat verib.

R.Naytton qeyd edib ki, hazırkı Böyük Britaniya büdcəsi planlaşdırılan bütün layihələri tam maliyyələşdirməyə imkan vermir. Bundan əlavə, o, Britaniya maliyyəsinin Strateji Müdafiə İcmalında (SDR) göstərilən yeni tapşırıqları bir yana, heç mövcud öhdəlikləri belə əhatə etmədiyini vurğulayıb.

Baş komandan Yeni il tətillərindən əvvəl mövcud vəziyyət barədə Böyük Britaniyanın Baş naziri Kir Starmerə məlumat verib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər