Gürcüstan XİN: Brüssel bürokratiyası Avropanın qlobal rolunu zəiflədir
Dünya
182
20:30, Bu gün

Gürcüstan XİN: Brüssel bürokratiyası Avropanın qlobal rolunu zəiflədir

Brüsseldə uzun müddətdir müşahidə olunan proseslər və Avropa İttifaqında (Aİ) bürokratiyanın artan rolu Aİ-nin qlobal mövqeyinə mənfi təsir göstərir.

Moderator.az xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili bildirib.

Onun sözlərinə görə, bu narahatlıq artıq ABŞ tərəfindən də açıq şəkildə dilə gətirilir. Nazir ABŞ Prezidenti Donald Trampın Avropanın islahatlara ehtiyacı olduğu barədə açıqlamasına münasibət bildirərkən deyib ki, Brüssel bürokratiyasının Avropa üçün oynadığı rol uzun müddətdir Gürcüstan tərəfindən tənqid olunur.

"Biz uzun müddətdir ki, Brüsseldə müşahidə etdiyimiz bürokratiyanın Avropa İttifaqı və ümumilikdə Avropa üçün oynadığı roldan narazılığımızı ifadə edirik. ABŞ də bu barədə ucadan danışır", – Boçorişvili deyib.

Xarici işlər naziri vurğulayıb ki, Gürcüstanın güclü Avropada marağı var və ölkə Aİ-nin bir hissəsi olmalıdır. Onun sözlərinə görə, mövcud proseslər Avropanın öz maraqlarına zərər vurur.

"Qlobal səhnədə müxtəlif oyunçuların aktivliyini gördükdə, təəssüf ki, Avropa əvvəlki kimi güclü qlobal oyunçu təsiri bağışlamır. Bu isə Brüsseldəki bürokratiyanın nəticəsidir", – Maka Boçorişvili qeyd edib.

Nazir əlavə edib ki, Gürcüstan Avropanın güclənməsində maraqlıdır və bu istiqamətdə baş verən prosesləri diqqətlə izləməyə davam edəcək.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər