Dünya
250
19:57, Bu gün

"İstanbulda "cismani şeytan": Rusiya kəşfiyyatı Varfolomeyi hədəfə alıb" - İsrail mətbuatı

"Dini örtük altında geosiyasi qarşıdurma..."

Rusiya Xarici Kəşfiyyat Xidməti İstanbul patriarxı Varfolomeyə qarşı səsləndirdiyi ittihamlarla diqqət çəkib.

Moderator.az xəbər verir ki, bu barədə "israelinfo.co" nəşri yazıb.

Kəşfiyyatın sərt ittihamları: demonizasiya və açıqlama

12 yanvar tarixli press-relizdə Varfolomeyi "bölücü", "rüşeym içində Antixrist" və "cismani şeytan" adlandıran Rusiyanın Xarici Kəşfiyyat Xidməti onu Avropadakı pravoslav məkanında "pozucu fəaliyyət"də ittiham edib.

İddialara görə, patriarx Rus Pravoslav Kilsəsini Baltik ölkələrindən sıxışdırmaq üçün Britaniya xüsusi xidmətlərinin dəstəyinə arxalanır. Ton sərt, qəti və demək olar ki, teatraldır - Rusiya kəşfiyyatı dini lideri siyasi və kəşfiyyat hədəfinə çevirərək oxucuda dramatik təsir yaratmaq istəyir.

Strategiya, geosiyasi qarşıdurma və Balkanlar

Rusiya kəşfiyyatının məlumatına görə, London Avropada rusofob əhval-ruhiyyəni qidalandırır, Konstaninopolun təşəbbüsləri isə millətçi və neonasist qruplar tərəfindən dəstəklənir. Balkanlarda vəziyyət daha da gərgindir: Varfolomeyin Monteneqro Pravoslav Kilsəsinə avtokefaliya vermək niyyəti Serb Pravoslav Kilsəsinə zərbə kimi qiymətləndirilir və kəşfiyyat bunu "dini örtük altında aqressiv ekspansiya" adlandırır. 

Moskva ilə Konstaninopol arasındakı qarşıdurma 2018-ci ildən başlayır - Konstaninopol Ukrayna Pravoslav Kilsəsinə avtokefaliya verib, Rusiya Kilsəsi isə cavab olaraq evxarist birliyini pozaraq son onilliklərin ən böyük pravoslav bölünməsini rəsmiləşdirib.

Dini qarşıdurma siyasi arenaya çevrilir

Varfolomey açıq şəkildə Rusiyanın Ukraynaya hücumunu qınayıb, müharibəni əxlaqsız və xristian dəyərlərinə zidd adlandırıb. Bu, dini gərginliyi yalnız region məsələsi deyil, həm də Rusiya ilə Qərb arasında geniş siyasi və geosiyasi qarşıdurmanın bir hissəsinə çevirib. 

Ekspertlər bildirir ki, Rusiya kəşfiyyatının demonizasiyaedici ifadələri kilsə, siyasət və kəşfiyyat sərhədlərini bulanıqlaşdırır, dini mövzular isə getdikcə xarici siyasətin alətinə çevrilir. Baş patriarxın iqanətgahı və kafedral məbədi İstanbulda, Müqəddəs Qalib Qriqori Kilsəsində yerləşir və bu, Konstaninopol Pravoslav Kilsəsinin inzibati mərkəzidir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər