Kobaxidze sələfinin həbsinə münasibət bildirib
Dünya
258
19:35, Bu gün

Kobaxidze sələfinin həbsinə münasibət bildirib

Gürcüstanın Baş naziri İrakli Kobaxidze sələfi İrakli Qaribaşvilinin həbs olunmasına münasibət bildirib.

Moderator.az xəbər verir ki, o, jurnalistlərə açıqlamasında baş verənlərdən çox kədərləndiyini deyib.

Kobaxidze məsələ ilə bağlı daha çox şərh verə bilməyəcəyini vurğulayıb.

Qeyd edək ki, xüsusilə külli miqdarda gəlirin leqallaşdırılmasında ittiham olunan İrakli Qaribaşvili prosesual razılaşma əsasında ötən gün 5 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, Qaribaşvili Gürcüstanın Baş naziri vəzifəsini 2013-2015 və 2021-2024-cü illərdə tutub.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər