20:42
7°C
Bakı
Ukrayna xarici işlər naziri Andrey Sibiqa, Kiyevin tələbi ilə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) təcili iclasının keçiriləcəyini elan edib.
Moderator.az xəbər verir ki, bu barədə "RBK-Ukrayna" Ukrayna Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, bunun səbəbi Rusiyanın Ukraynaya zərbələri və Moskvanın ABŞ-nin himayəsi altında irəli sürülən sülh təşəbbüslərini nəzərə almamasıdır.
ATƏT-in təcili debatları yanvarın 15-i keçiriləcək və Rusiyaya beynəlxalq təzyiqin növbəti elementi olacaq.