HƏMAS yeni liderini seçəcək, Xəlil əl-Hayya və Xalid Meşaal daha şanslıdır
Dünya
228
18:40, Bu gün

HƏMAS yeni liderini seçəcək, Xəlil əl-Hayya və Xalid Meşaal daha şanslıdır

HƏMAS bu ay ərzində yeni liderini seçəcək.

Moderator.az xəbər verir ki, bu barədə HƏMAS-dan olan iki anonim mənbə “Reuters“ə danışıb.

Mənbələr potensial namizəd adı çəkməsələr də, “Reuters“ Xəlil əl-Hayya və Xalid Meşaalın daha şanslı namizədlər olduğunu yazıb.

Qeyd edək ki, HƏMAS lideri İsmayıl Haniyə 2024-cü ilin iyul ayında Tehranda sui-qəsd nəticəsində öldürülüb.

Onun yerinə keçən Yəhya Sinvar da elə həmin ilin oktyabrında İsrail ordusu ilə döyüşlərdə həlak olub.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər