20:09
7°C
Bakı
HƏMAS bu ay ərzində yeni liderini seçəcək.
Moderator.az xəbər verir ki, bu barədə HƏMAS-dan olan iki anonim mənbə “Reuters“ə danışıb.
Mənbələr potensial namizəd adı çəkməsələr də, “Reuters“ Xəlil əl-Hayya və Xalid Meşaalın daha şanslı namizədlər olduğunu yazıb.
Qeyd edək ki, HƏMAS lideri İsmayıl Haniyə 2024-cü ilin iyul ayında Tehranda sui-qəsd nəticəsində öldürülüb.
Onun yerinə keçən Yəhya Sinvar da elə həmin ilin oktyabrında İsrail ordusu ilə döyüşlərdə həlak olub.