Avropa Komissiyası İrana qarşı yeni sanksiyaları nəzərdən keçirəcək
Dünya
323
17:45, Bu gün

Avropa Komissiyası İrana qarşı yeni sanksiyaları nəzərdən keçirəcək

Avropa İttifaqı (Aİ) tezliklə İrana qarşı yeni sanksiyaları nəzərdən keçirəcək.

Moderator.az-ın məlumatına görə, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen sosial şəbəkələrdə bəyan edib.

O, etirazçılara qarşı həddən artıq güc tətbiq edilməsini və onların azadlıqlarının davamlı məhdudlaşdırılmasını pisləyib.

"Aİ-nin xarici siyasət və təhlükəsizlik siyasəti üzrə yüksək nümayəndəsi Kaya Kallas ilə sıx əməkdaşlıq edərək repressiyalara görə məsuliyyət daşıyan şəxslərə qarşı tezliklə əlavə sanksiyalar təklif ediləcək. Biz azadlığı uğrunda cəsarətlə mübarizə aparan İran xalqını dəstəkləyirik", - o qeyd edib.

Fon der Lyayen, Aİ-nin artıq İslam İnqilabı Keşikçiləri Korpusunu tam tərkibdə öz sanksiya siyahısına daxil etdiyini xatırladıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər