Sırskiy: Müharibə başlayandan Rusiya Ukraynaya 142 min dron və 13 mindən çox raket atıb
Dünya
383
17:38, Bu gün

Sırskiy: Müharibə başlayandan Rusiya Ukraynaya 142 min dron və 13 mindən çox raket atıb

24 fevral 2022-ci ildən bu yana Rusiya Ukraynaya qarşı 13 300-dən çox raket və 142,3 min zərbə tipli pilotsuz uçuş aparatından istifadə edib.

Moderator.az xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Aleksandr Sırskiy NATO-nun quru qoşunlarının komandanı general Kristofer Donahyu ilə telefon söhbəti zamanı bildirib.

Onun sözlərinə görə, cəbhə xəttində vəziyyət mürəkkəb olaraq qalır: “Şəxsi heyət, silah-sursat və hərbi texnikada böyük itkilərə baxmayaraq, Rusiya hücum əməliyyatlarını davam etdirir”.

Baş komandan vurğulayıb ki, Rusiya arxa cəbhə və mülki infrastruktur obyektlərini məqsədyönlü şəkildə hədəfə alır, şaxtalı havalardan “ukraynalılara qarşı əlavə təzyiq və terror aləti” kimi istifadə edir.

Baş Qərargahın məlumatına görə, yalnız 2026-cı ilin yanvar ayında Rusiya Ukrayna ərazisinə qarşı altı iri miqyaslı raket və dron hücumu həyata keçirib.

O qeyd edib ki, NATO-nun quru qoşunlarının Baş komandanı ilə müzakirələrin vacib mövzularından biri Rusiyanın təcavüzünün dəf edilməsi üçün Ukrayna Silahlı Qüvvələrinin operativ ehtiyacları olub: “Əsas prioritet ABŞ tərəfi də daxil olmaqla təqdim oluna bilən hava hücumundan müdafiə sistemləri və döyüş sursatlarının əldə edilməsi yolu ilə Ukraynanın HHM-nin gücləndirilməsidir”.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər