Novokuznetskdəki insidentlə əlaqədar Kuzbassın bütün doğum evlərində yoxlama aparılacaq
Dünya
407
17:27, Bu gün

Novokuznetskdəki insidentlə əlaqədar Kuzbassın bütün doğum evlərində yoxlama aparılacaq

Rusiyanın Novokuznetsk şəhərindəki 1 nömrəli xəstəxanada doqquz körpənin ölümündən sonra Kuzbassda bütün doğum evlərində yoxlama aparılacaq.

Moderator.az Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə regionun qubernatoru İlya Serdyuk bildirib.

O, yoxlamanın aparılmasını Kuzbass səhiyyə naziri Andrey Tarasova həvalə edib. Qubernatorun sözlərinə görə, bütün doğum evləri və perinatal mərkəzlər ən çətin hallara hazır olmalıdır.

Hazırda Novokuznetskdəki doğum evi respirator xəstəliyin yayılması səbəbindən karantin rejimindıdir.

Kuzbass Səhiyyə Nazirliyinin məlumatına görə, 1 dekabr-11 yanvar tarixlərində xəsrtəxanada 234 doğuş qəbul edilib, 17 uşaq son dərəcə ağır vəziyyətdə dünyaya gəlib. Xəstəxananın baş həkimi Vitali Xeraskov müvəqqəti olaraq vəzifəsindən kənarlaşdırılıb. Səhlənkarlıq və ehtiyatsızlıq nəticəsində ölümə səbəb olma faktı üzrə cinayət işi açılıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər